---
title: "Xaya ölçüsü: USM rəyindən həcmi hesablayın"
description: "USM rəyindəki ölçülərdən xaya həcmini və iki xaya arasındakı fərqi hesablayın. Yaşa görə orta həcmlər cədvəli və valideynlər üçün izah."
lang: az
url: https://usaqurologiyasi.com/aletler/xaya-olcusu/
---

# Xaya ölçüsü: USM rəyindən həcmi hesablayın

USM rəyində hər xaya üçün üç ölçü yazılır. Onları daxil edin: həcm və iki xaya arasındakı fərq dərhal hesablanacaq.

Müəllif: [Dr. Pərviz Hacıyev](/haqqinda/), uşaq uroloqu (FEAPU).

## Necə ölçülür?

-   USM-də hər xayanın üç ölçüsü götürülür: uzunluq, en və qalınlıq. Rəydə adətən "18 × 10 × 9 mm" kimi yazılır.
-   Həcm Lambert düsturu ilə hesablanır: 0,71 × uzunluq × en × qalınlıq. Bəzi aparatlar 0,52 əmsalı işlədir, onda həcm təxminən dörddə bir az çıxır. Müqayisə edərkən eyni düsturdan istifadə edin.
-   Yeniyetmə varikoselesində əsas göstəricilərdən biri iki xaya arasındakı fərqdir.
-   Təxminən 10 yaşa qədər xayalar çox kiçikdir (1 ml-ə yaxın), sonra cinsi yetişkənliklə sürətlə böyüyür.
-   Çox kiçik xayalarda millimetrlik ölçü fərqi faizlə böyük görünə bilər.

[Həkimlər üçün versiya: düstur və klinik izah](/hekimler/kalkulyatorlar/xaya-hecmi/)

## Yaşa görə istinad həcmləri

Yaş (il)

Sol xaya, orta ± SD (ml)

Sağ xaya, orta ± SD (ml)

0–1

0,43 ± 0,13

0,44 ± 0,14

1–2

0,45 ± 0,11

0,45 ± 0,11

2–3

0,53 ± 0,14

0,54 ± 0,15

3–4

0,57 ± 0,17

0,57 ± 0,16

4–5

0,63 ± 0,17

0,64 ± 0,17

5–6

0,63 ± 0,17

0,65 ± 0,18

6–7

0,71 ± 0,21

0,72 ± 0,21

7–8

0,78 ± 0,22

0,77 ± 0,22

8–9

0,88 ± 0,29

0,90 ± 0,29

9–10

1,25 ± 0,55

1,26 ± 0,57

10–11

2,48 ± 1,35

2,57 ± 1,46

11–12

3,24 ± 2,05

3,37 ± 2,20

12–13

5,01 ± 2,68

5,13 ± 2,73

13–14

6,39 ± 2,56

6,71 ± 2,57

14–15

7,74 ± 2,36

7,83 ± 2,28

15–16

9,72 ± 2,44

9,73 ± 2,50

16–17

11,53 ± 2,63

11,44 ± 2,54

17–18

13,41 ± 3,10

13,53 ± 3,33

Liu et al. (2021): USM, Lambert düsturu (0,71), Çində bir mərkəzdə 0–18 yaşlı 1664 sağlam oğlan. Başqa əhali qruplarında dəyərlər fərqlənə bilər; cinsi yetişkənlik mərhələsi qiymətləndirilməyib. Cədvəl orta göstəriciləri verir, normanın sərhədlərini yox.

## Mənbələr

1.  [EAU Guidelines on Paediatric Urology, 2026: Varicocele in children and adolescents.](https://uroweb.org/guidelines/paediatric-urology/chapter/varicocele-in-children-and-adolescents)
2.  [Sakamoto H et al. Testicular volume measurement: comparison of ultrasonography, orchidometry, and water displacement. Urology, 2007.](https://pubmed.ncbi.nlm.nih.gov/17270639/)
3.  [Liu C et al. Referential values of testicular volume measured by ultrasonography in normal children and adolescents: Z-score establishment. Front Pediatr, 2021.](https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC7991569/)

---
Məlumat valideynlər və həmkarlar üçündür, həkim müayinəsini əvəz etmir. Təcili hallarda 103-ə zəng edin.
