Uşaq Urologiyası Dr. Pərviz Hacıyev

Valideynlərin tez-tez verdiyi suallar

Uşaq uroloqu kimdir, uroloqdan və uşaq cərrahından nə ilə fərqlənir?

Uşaq urologiyası urologiya və ya uşaq cərrahiyyəsi ixtisasından sonra ayrıca təhsillə qazanılan yan ixtisasdır. Böyüklərin uroloqu əsasən daş, prostat və şiş xəstəlikləri ilə məşğul olur, uşaqlarda isə xəstəliklərin çoxu anadangəlmədir, əməliyyatlar körpələrdə aparılır və uşağın böyüməsi nəzərə alınmalıdır. Uşaq cərrahı bütün bədənin (qarın boşluğu, bağırsaqlar, döş qəfəsi, travmalar) cərrahiyyəsi ilə məşğul olur və urologiya onun işinin yalnız bir hissəsidir. Uşaq uroloqu isə yalnız böyrək, sidik yolları və cinsiyyət orqanları üzərində işləyir: hipospadiya, pieloplastika, reflyuks kimi mürəkkəb rekonstruktiv əməliyyatları, laparoskopik və endoskopik müdaxilələri, urodinamik müayinələri aparır və uşağı yeniyetməliyə qədər izləyir.

Hansı hallarda uşağı uşaq uroloquna göstərmək lazımdır?

Hamiləlikdə və ya doğuşdan sonra böyrəkdə genişlənmə, enməmiş xaya, xayalıq və ya qasıqda şişkinlik, sidik dəliyinin yeri ilə bağlı şübhə, qızdırmalı sidik yolu infeksiyası, 5 yaşdan sonra sidik qaçırma, sünnət dərisi ilə bağlı problemlər və sünnətdən sonrakı şikayətlər. Qəfil xaya ağrısı isə təcili haldır.

Qəbula necə yazılmaq olar?

WhatsApp vasitəsilə (+994 50 444 30 35) yazın: uşağın yaşını və şikayəti qısa qeyd edin. Qəbul vaxtı birlikdə seçiləcək. Qəbul Bakıda, Uşaq Urologiyası Mərkəzində (Badam Medical Center) aparılır.

Qəbula nə gətirmək lazımdır?

Əvvəlki bütün USM rəyləri (mümkünsə şəkilləri), sidik və qan analizləri, digər həkimlərin rəyləri, istifadə olunan dərmanların siyahısı. Sidik qaçırma şikayətində doldurulmuş sidik gündəliyi çox faydalıdır.

Uşaq qəbula ac gəlməlidirmi?

Adi qəbul üçün aclıq lazım deyil. Əksinə, böyrək və sidik kisəsi USM-si üçün uşağın sidik kisəsi dolu olmalıdır, ona görə gəlməzdən əvvəl su içməsi faydalıdır.

Əməliyyatlar harada aparılır?

Əməliyyatlar uşaq anestezioloqu ilə birlikdə, uşaqlar üçün təchiz olunmuş əməliyyat otağında aparılır. Əksər kiçik əməliyyatlardan sonra uşaq həmin gün evə gedir.

Saytdakı məlumatlar nəyə əsaslanır?

Məqalələr Avropa Urologiya Assosiasiyasının (EAU) uşaq urologiyası rəhbəri, Avropa Uşaq Urologiyası Cəmiyyətinin (ESPU) tövsiyələri və elmi ədəbiyyat əsasında yazılıb, hər səhifənin sonunda mənbələr göstərilib.

Sünnət üçün hansı yaş ən yaxşıdır?

Tibbi baxımdan dəqiq bir yaş yoxdur. Əsas şərt sünnətdən əvvəl uşağın müayinə olunmasıdır: hipospadiya, gömük penis və ya əyrilik varsa, sünnət dərisi düzəliş üçün lazım ola bilər.

Uşaqda narkoz təhlükəlidirmi?

Müasir uşaq anesteziyası çox təhlükəsizdir. Böyük tədqiqatlar kiçik yaşda aparılan qısa, tək narkozun uşağın inkişafına zərər vermədiyini göstərib.

Zəng et