Həkimlər üçün uşaq urologiyası kursları
Pediatrlar, ailə həkimləri və rezidentlər üçün qısa, addım-addım kurslar. Hər kurs: məqsədlər, əsaslar, diaqnostika, müalicə və test. EAU/ESPU, ICCS və AUA-nın klinik tövsiyələrinə əsaslanır.
- Kurs 1 Gecə sidik qaçırma Lazımsız müayinə etmədən gecə sidik qaçıran uşağı qiymətləndirmək, düzgün müalicəni seçmək və qırmızı bayraqları tanımaq. 13 addım · ~15 dəq Kursa başla →
- Kurs 2 Kriptorxizm Enməmiş xayanı retraktil xayadan necə ayırmalı, uşağı nə vaxt uşaq uroloquna göndərməli və nəyi etməməli. 14 addım · ~15 dəq Kursa başla →
- Kurs 3 Aşağı sidik yollarının disfunksiyası Gündüz sidik qaçıran uşağı sistemli qiymətləndirmək, sidik kisəsi ilə bağırsağın əlaqəsini görmək və uroterapiyanı düzgün başlatmaq. 12 addım · ~15 dəq Kursa başla →
- Kurs 4 Obstruktiv uropatiyalar Döl USM-də böyrək genişlənməsi tapılmış körpəni addım-addım izləmək və təcili halı, xüsusən arxa uretral klapanı qaçırmamaq. 14 addım · ~18 dəq Kursa başla →
- Kurs 5 Keçid urologiyası Neyrogen sidik kisəsi, arxa uretral klapan, ekstrofiya və augmentasiya keçirmiş yeniyetmənin böyüklər təbabətinə itkisiz keçməsini təmin etmək. 10 addım · ~12 dəq Kursa başla →
- Kurs 6 SYİ və vezikoureteral reflyuks Febril sidik yolu infeksiyasını düzgün təsdiqləmək, effektiv müalicə etmək, kimə görüntüləmə və kimə uşaq uroloqu lazım olduğunu bilmək. 13 addım · ~18 dəq Kursa başla →
- Kurs 7 Kəskin skrotum Qəfil xaya ağrısı olan uşağı düzgün qiymətləndirmək, burulmanı qaçırmamaq və USM üçün vaxt itirmədən uşaq uroloquna göndərmək. 13 addım · ~15 dəq Kursa başla →
- Kurs 8 Sünnət dərisi Normal sünnət dərisini xəstəlikdən ayırmaq, lazımsız müdaxilədən qaçmaq və sünnətdən əvvəl hansı uşağın uşaq uroloquna göstərilməli olduğunu bilmək. 11 addım · ~15 dəq Kursa başla →
- Kurs 9 Hipospadiya və DSD Yenidoğulmuşda hipospadiyanı tanımaq, DSD əlamətlərini qaçırmamaq və uşağı vaxtında uşaq uroloquna və endokrinoloqa göndərmək. 11 addım · ~15 dəq Kursa başla →
- Kurs 10 Qasıq yırtığı və hidrosele Qasıq və xayalıq şişkinliyini düzgün qiymətləndirmək, sıxılmanı tanımaq və hansı uşağın nə vaxt əməliyyat olunacağını bilmək. 10 addım · ~14 dəq Kursa başla →
- Kurs 11 Varikosele Varikoseli olan yeniyetməni düzgün müayinə etmək, xaya həcmini izləmək və kimin əməliyyata ehtiyacı olduğunu bilmək. 10 addım · ~13 dəq Kursa başla →
- Kurs 12 Neyrogen sidik kisəsi Neyrogen sidik kisəsi olan uşaqda böyrəkləri qorumaq üçün nəyi, nə vaxt etmək lazım olduğunu və hansı dəyişikliklərin təcili qiymətləndirmə tələb etdiyini bilmək. 11 addım · ~15 dəq Kursa başla →
- Kurs 13 Hematuriya və daş Qırmızı sidikli və ya analizdə qan tapılan uşağı addım-addım qiymətləndirmək, nefroloqa və ya uroloqa düzgün yönləndirmək və daşı olan uşaqda səbəbi axtarmaq. 11 addım · ~15 dəq Kursa başla →
Göndəriş meyarları
Uşağı uşaq uroloquna nə vaxt və hansı təcililiklə göndərməli.
Praktika üçün alətlər
Materiallar tibb mütəxəssisləri üçündür. Konkret xəstə barədə qərarı müalicə edən həkim verir.